Mələyim
Bu güzgüdəki sənsən, gülmə mələyim gülmə
Əksin niyə daşlaşdı, bilmə mələyim bilmə.
Bölməsiz
ilqarfehmi
Mart 1, 2008 21:12
Baxış sayı: 54
Şərhlər(0)
Əksin niyə daşlaşdı, bilmə mələyim bilmə.
Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq,
Gecdir yanıma artıq gəlmə mələyim gəlmə.
Göz yaşı o günlərdən çöhrəndə qalan izdi,
Gör bir necə acizdi, silmə mələyim silmə.
Son saniyəsi ömrün qopmaqdadı əqrəbdən
Ölmək də düşüb dəbdən ölmə mələyim ölmə.
Təkcə sənin olsun qoy, ruhunda onu bəslə
Sən Fəhmini heç kəslə bölmə mələyim bölmə.
Bölməsiz
ilqarfehmi
Mart 1, 2008 21:12
Baxış sayı: 54
Şərhlər(0)
