Reklam verin!

www.ilqarfehmi.azeriblog.com

Yazar İlqar Fəhminin web səhifəsi


İlqar Fəhmi

ilqarfehmi
İlqar Əli-Abbas oğlu Paşayev - şair, yazıçı, dramaturq, ssenarist, publisist və tərcüməçi.
1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir.
1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən bədii ədəbiyyatla məşğul olur. "Sənli sözüm gəldi sənə", "Ölüm gözəldi, yoxsa sən?!", "Aktrisa", "Bakı tarixindən kollaj", "Akvarium" və "Qarğa yuvası" kitabları çap edilib. 2002-ci ildə "Axırıncı Qatar" (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib.
2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına layiq görülüb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.

Əlaqə

  • E-poçt: fahmi75@rambler.ru

Bölmələr

Axtar

Sayğac

  • İndi saytda 1 nəfər var
  • Bugün saytda 3 nəfər olub
  • Dünən saytda 36 nəfər olub
  • Keçən ay saytda 1119 nəfər olub
  • Saytda ümumi 25125 nəfər olub

Qonaq kitabı

Müxtəlif

«Ölüm növbəsi»nə az qaldı

Bir ildən yuxarıdır ki, üzərində çəkiliş işləri gedən «Ölüm növbəsi» adlı filmin çəkliş işləri tamamlanmaq üzrədir. Bu məlumat bizə Mədəniyyət və Turizm Nazirliyindən verilib.

Qeyd edək ki, film sifariş xarakterlidir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi olan bu ekran əsərində baş rolun ifaçısı xalq artisti Şamil Süleymanovdur. Onun tərəf müqabili «Xalq ulduzu» müsabiqəsindən tanıdığımız Mirkamil Mirkamilovdur. «Ölüm növbəsi»nin ssenari müəllifi İlqar Fəhmi, rejissoru isə Fikrət Əliyevdir.

 




Bölməsiz
ilqarfehmi
Aprel 15, 2009 21:06
Baxış sayı: 40

Şərhlər(0)

İlqar Fəhminin “Ölüm növbəsi” gəlir

Yazıçı İlqar Fəhminin “Ölüm növbəsi” ssenarisinə çəkilən film yaxın günlərdə tamamlanacaq. Bu barədə məlumatı İlqar Fəhmi özü verib.
Yazıçının sözlərinə görə, hazırda filmin səsləndirmə prosesi üzərində iş gedir.
Qeyd edək ki, filmin baş rollarına Şamil Süleymanov, Qorxmaz Əlili, Gülər Nəbiyeva və müğənni Mirkamil çəkilib.
Yazıçı onu da vurğulayıb ki, film mistik-tragikomediya janrındadır.
Filmin fevral ayının sonuna kimi təhvil verilməsi nəzərdə tutulub.
Yazıçının “Aktrisa” əsərinə də film çəkilir. Film artıq istehsalata buraxılıb. Hazırda filmə aktyor seçimi prosesi gedir.
İlqar Fəhminin sözlərinə görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Pozitiv media” studiyasında çəkilir. Filmə əcnəbi aktyorlar da dəvət olunacaq.
Xatırladaq ki, bu, 1 hissədən ibarət tammetrajlı film olacaq.
Filmin bəstəkarı Oqtay Zülfüqarovun oğlu C.Zülfüqarov, rejissoru isə Rövşən İsaqdır. Filmin 2009-cu ilin sonlarına qədər təhvil verilməsi nəzərdə tutulub.




Xəbərlər
ilqarfehmi
Fevral 13, 2009 21:24
Baxış sayı: 43

Şərhlər(0)

İlqar Fəhmi və Gövhər Həsənzadə dinləyicilərə sürpriz vəd edirlər

Şair İlqar Fəhmi və bəstəkar Gövhər Həsənzadə yeni müsiqi layihəsi üzərində işləyirlər. İlqar Fəhminin bizə verdiyi məlumata görə, bu layihə beynəlxalq standardlara uyğun şəkildə hazırlanır. Layihə “Musical” adlandırılacaq. Bu layihədə zəngin işıq effektləri, rəqs qrupları və bir neçə sürpriz təqdim olunacaq.




Xəbərlər
ilqarfehmi
Yanvar 15, 2009 23:55
Baxış sayı: 59

Şərhlər(0)


  Yazılar cəmi: 34    Sonrakı səhifə »
Dəstək: AzeriBlog.com, Bütün hüquqlar qorunur, © 2007.